İbrahimoviç həm öz, həm rəqib qapısına qol vurdu, “Milan” “Boloniya”ya çətinliklə qalib gəldi - VİDEO

Oxunma sayı: 279
24-10-2021, 02:22

İbrahimoviç həm öz, həm rəqib qapısına qol vurdu, “Milan” “Boloniya”ya çətinliklə qalib gəldi - VİDEO
İtaliya A seriyasının IX turunda “Milan” səfərində “Boloniya” ilə qarşılaşıb.

Arasdırma.info xəbər verir ki, qarşılaşmanı izləyən azarkeşlər altı qola şahidlik ediblər.

Oyunçuları iki dəfə qırmızı vərəqə alan, matçı 9 nəfərlə tamamlayan “Boloniya” rəqibinə qarşı duruş gətirməyə çalışsa da, yekunda 2:4 hesabı ilə uduzub.

“Milan”ın veteran ulduzu Zlatan İbrahimoviç matçda həm öz, həm də rəqib qapısına qol vurmaqla diqqət mərkəzinə düşüb.

Paylaş
Xəbər lentİ