Çempionlar Liqası: "Barselona" möcüzəni reallaşdırdı, "Borussiya" 4 qolla mərhələ adladı

Oxunma sayı: 707
9-03-2017, 11:35

Çempionlar Liqası: "Barselona" möcüzəni reallaşdırdı, "Borussiya" 4 qolla mərhələ adladı



Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib.

arasdirma.info-ın məlumatına görə, "Barselona" PSJ-ni, "Borussiya" isə "Benfika"nı qəbul edib.

Səfərdə PSJ-ə 0:4 hesabı ilə məğlub olan "Barselona" möcüzəni reallaşdırıb. Belə ki, katalan klubu rəqibinə 6:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Qeyd edək ki, UEFA klub turnirləri tarixində indiyə kimi sadəcə 3 klub ilk oyundan sonra yaranan 4 topluq fərqi aradan qaldıraraq mərhələ adlaya bilmişdi.

Gecənin digər matçında isə "Benfika"nı 4:0 hesabı ilə darmadağın edən Dortmund "Borussiya"sı adını son səkkiz klub sırasına yazdırıb.

Paylaş
Xəbər lentİ