“Liverpul” qələbəni əldən verdi,Mançester City qalib gəldi - VİDEO

Oxunma sayı: 240
20-12-2021, 08:03

 “Liverpul”  qələbəni əldən verdi,Mançester City qalib gəldi - VİDEO
İngiltərə Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.


Arasdırma.info xəbər verir ki, turun mərkəzi oyununda “Tottenhem”lə “Liverpul” üz-üzə gəlib.

Londondakı qarşılaşmanın ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. Harri Keyn 13-cü dəqiqədə hesabı açıb. 35-ci dəqiqədə Dioqo Jota ilə hesabı bərabərləşdirən “qırmızılar” 70-ci dəqiqədə önə keçib. Müdafiəçi Endi Robertson fərqlənib. Lakin cəmi 4 dəqiqə sonra Xın Min Son oyunda son nöqtəni qoyaraq, status-kvonu bərpa edib – 2:2.

Robertson isə 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeydə alınan heç-heçə bu gün “Nyukasl” üzərində 4:0 hesablı qələbə qazanan lider “Mançester Siti”nin ikinci pillədəki “Liverpul”la xal fərqini 3-ə yüksəltməsinə səbəb olub. “Tottenhem” isə 26 xalla 7-ci yerdədir.//Cahantv.az


Paylaş
Xəbər lentİ