2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olundu - VİDEO

Oxunma sayı: 207
5-01-2022, 19:10

2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olundu - VİDEO
Çində 2022-ci il Qış Olimpiya Oyunlarının klipi təqdim olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Qazaxıstandakı səfiri Zhang Xiao sosial şəbəkələrdə video yayıb.

“Müxtəlif ölkələrdən CGTN aparıcıları, məşhur blogerlər, idmançılar və musiqiçilər, o cümlədən Qazaxıstandan olan məşhur müğənni Dimaş Kudaybergen “Birgə gələcək naminə” mahnısını ifa ediblər. Bu, Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi şüarıdır”, - səfir bildirib.

Videonun qəhrəmanları öz ölkələrinin dilində “Birgə gələcək naminə” mahnısını ifa edirlər.

Xatırladaq ki, 2022-ci il Olimpiadasının açılış mərasimi fevralın 4-də, bağlanış mərasimi isə fevralın 20-də baş tutacaq. //bizimmedia

Paylaş
Xəbər lentİ