“Neftçi” Antalyadan qələbə ilə qayıdıb.

Oxunma sayı: 242
25-01-2022, 08:25

“Neftçi” Antalyadan qələbə ilə qayıdıb.
Türkiyədə toplanışda olan “Neftçi” bu gün son oyununu keçirib.

Arasdırma.info xəbər verir ki, Samir Abasovun yetirmələri Polşanın “Qurnik” klubu ilə qarşılaşıb.

Görüş “Emirhan Sports Kompleks Side”də baş tutub. Bu, bakılıların Antalyada üçüncü sınağı olub. Bunadək Macarıstan “Kişvarda”sı (2:2) və Polşa “Visla”sı (Plotsk) ilə (1:1) üz-üzə gələn paytaxt təmsilçisi bu dəfə qələbəyə sevinib. Yusuf Lavalın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.

Qeyd edək ki, “Qurnik” digər təmsilçimiz “Zirə” ilə də qarşılaşıb. Həmin matç heç-heçə bitib – 2:2.

Yoxlama oyunu
24 yanvar
16:00. “Neftçi” – “Qurnik” (Leçna, Polşa) - 1:0
Yusuf Laval, 54
//apasport

Paylaş
Xəbər lentİ