Ən çox qol buraxanlar - “Top-5” liqalarda

Oxunma sayı: 173
2-03-2022, 00:44

Ən çox qol buraxanlar - “Top-5” liqalarda
“Top-5” liqalarda cari mövsümün geridə qalan hissəsində ən çox qol buraxan klubların adları açıqlanıb.

Arasdırma.info xəbər verir ki,Apasport.az saytının məlumatına görə, siyahıya “Bordo” başçılıq edir.

Fransa Liqa1-də son sırada qərarlaşan komanda 26 oyunda qapısında 63 top görüb. Ümumilikdə ilk “10-luq”da italyanlar çoxluq təşkil edir. A seriyasının 3 klubu ən çox qol buraxan komandalar sırasındadır.

1. “Bordo” (Fransa) - 63 qol
2. “Qreyter Fürt” (Almaniya) - 62
3. “Lids” (İngiltərə) - 60
4. “Salernitana” (İtaliya) - 56
5. “Norviç” (İngiltərə) - 55
6. “Herta” (Almaniya) - 54
7. “Empoli” (İtaliya) - 53
8, “Levante” (İspaniya) - 51
9. “Sent-Etyen” (Fransa) - 50
10. “Speziya” (İtaliya) - 49

Paylaş
Xəbər lentİ