Azərbaycanlı ağırlıqqaldıran 8 il müddətinə diskvalifikasiya olundu

Oxunma sayı: 168
23-03-2022, 14:20

Azərbaycanlı ağırlıqqaldıran 8 il müddətinə diskvalifikasiya olundu
Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətinə diskvalifikasiya olunub.

Arasdırma.info xəbər verir ki,Apasport.az saytının məlumatına görə, bu ölkəni təmsil edən idmançı eyni zamanda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan da məhrum edilib.

İdman Arbitraj Məhkəməsinin (CAS) antidopinq şöbəsi Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ötən ilin aprelində Rəhimov barədə qərarını təmin edib. Nicatın IWF Antidopinq Qaydalarının 2.2-ci maddəsinə əsasən qadağan olunmuş üsuldan istifadə edərək antidopinq qaydasının pozulmasına yol verdiyi müəyyən edilib.

Məhkəmənin fikrincə, Qazaxıstan təmsilçisi Rio-2016-da 77 kq çəki dərəcəsində qızıl medal qazandığı zaman götürülmüş nümunələr də daxil olmaqla, həmin il martın 15-dən ötən il yanvarın 18-dək dörd sidik analizini dəyişib. CAS-ın bəyanatında bildirilib ki, Rəhimovun həmin dövr üçün bütün nəticələri ləğv edilib. O, 2021-ci il yanvarın 18-dən etibarən 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycanı beynəlxalq yarışlarda dəfələrlə təmsil edən Nicat Rəhimov 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiadasının çempionu olub. 2014-cü ildə o, Qazaxıstan yığmasına qoşulub. 28 yaşlı idmançı daha əvvəl də qadağan olunmuş dərmandan istifadə etdiyi üçün 2013-cü ilin iyunundan 2015-ci ilin iyununa qədər diskvalifikasiya cəzasına məruz qalıb.

Paylaş
Xəbər lentİ