Gənc millimiz Estoniya yığmasına üç cavabsız qol vurdu

Oxunma sayı: 163
25-03-2022, 22:46

Gənc millimiz Estoniya yığmasına üç cavabsız qol vurdu
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avro-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Serbiyalı Milan Obradoviçin rəhbərlik etdiyi komanda A qrupunda Estoniyanı qəbul edib. Matç yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Sumqayıtda keçiriləcək görüş saat 19:00-da başlayıb.

Qeyd edək ki, millimiz 7 oyundan sonra 4 xalla qrupda 5-cidir. Estoniyanın isə xalı yoxdur və qrup sonuncusudur.

25 mart

Avro-2023-ün seçmə mərhələsi

Azərbaycan - Estoniya - 3:0
Qollar: Musa Qurbanlı, 44, 66, Abdullah Xaybulayev, 88
Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. “Kapital Bank Arena”.

//Cahantv.az

Paylaş
Xəbər lentİ