Yığmamız Bakıda Belarusa məğlub oldu

Oxunma sayı: 175
29-03-2022, 21:17

Yığmamız Bakıda Belarusa məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Arasdırma.info xəbər verir ki,Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşıb. AVRO-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini dörd gün öncə Estoniya üzərində qazanan yığmamız “Bakcell Arena”da baş tutan matçda daha güclü rəqibinə boyun əyib. Milan Obradoviçin yetirmələri doğma arenasında Belarusa 1:3 hesabı ilə yenilib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə şansını itirib.

U-21-lər arasında yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan – Belarus - 1:3
Qollar: Rüfət Abdullazadə, 84 - İlya Vasileviç, 22, Oleq Nikifarenka, 37, Dmitri Latikou, 88
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)

Paylaş
Xəbər lentİ