İtaliya dünya çempionatına gedir?

Oxunma sayı: 201
31-03-2022, 20:30

İtaliya dünya çempionatına gedir?
Futbol üzrə İtaliya yığması DÇ-2022-də iştirak edə bilər.

Arasdırma.info xəbər verir ki, bu, FİFA İranı yarışın iştirakçıları siyahısından çıxarsa, mümkün olacaq. Belə ki, İranda qadınların stadionlara daxil olmasına icazə verilmədiyi üçün qurum buna qərar verə bilər.

Dünyanın ali futbol qurumu bu addımı atsa, İtaliya finalda oynamaq hüququ qazanmayan milli komandalar arasında dünya reytinqində ən yüksək əmsala sahib olduğu üçün mundialda yer alacaq.

Xatırladaq ki, İtaliya DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq dünya çempionatında iştirak şansını itirib.

//offsideplus.az

Paylaş
Xəbər lentİ