Neftçi heç-heçə oynadı.

Oxunma sayı: 198
3-04-2022, 19:49

Neftçi heç-heçə oynadı.
"Neftçi" məğlubiyyətdən qaçdı - Qəbələdə sülh
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, III dövrənin son turunun ikinci günündə iki oyun baş tutub.

Hər iki matç sülhlə nəticələnib. “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Paytaxt təmsilçisi ilk yarıda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Fasilədən sonra tarazlığı bərpa edən Elmar Baxşıyevin yetirmələri azlıqda qalan rəqiblə görüşdə iki xal itkisi ilə üzləşib.

Tura Bakı derbisi ilə yekun vurulub. Turnir cədvəlində qonşu olan paytaxt təmsilçiləri “Neftçi” və “Zirə” “Bakcell Arena”da üz-üzə gəlib. Hər iki komandanın qırmızı vərəqə ilə cəzalandığı görüşün qolları son dəqiqələrdə vurulub. Ahmad Ayzaya qəsəbə təmsilçisini önə çıxarıb. Uzatma dəqiqələrində Tyaqo Bezerra penalri ilə “ağ-qaralar”ı məğlubiyyətdən xilas edib – 1:1.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Səbail”i 5:1, “Sabah” “Sumqayıt”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə” - 1:1
Qollar: Omar Hani, 47 - Merab Qiqauri, 32
Qırmızı vərəqə: Tərlan Quliyev, 51
Baş hakim: Fərid Hacıyev
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 4. Ruan Renato, 24. Patrik Robson, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 9. Natan Oduva, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tural Axundov, 29. Amil Yunanov, 6. Franko Flores, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Zirə” - 1:1
Qollar: Tyaqo Bezerra, 90+5 (pen) - Ahmad Ayzaya, 89
Baş hakim: İnqilab Məmmədov
Qırmızı vərəqələr: Eddi İsrafilov, 77 - Coşqun Diniyev, 59
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 24. Yusuf Laval, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov (k)
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”



Bombardirlər: Davit Volkov (“Zirə”) - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi “Qarabağ”), Coy-Lens Mikels (“Sabah”) - 8 qol

Paylaş
Xəbər lentİ