Mahir Emreli oynadığı komandası vahid liderdir

Oxunma sayı: 212
4-04-2022, 09:41

Mahir Emreli oynadığı  komandası vahid liderdir
Futbol üzrə Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib.

Arasdırma.info xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi "Maksimir"də “Draqovolyaç”ı qəbul edib. Futbolçumuzun komandası çempionatın autsayderini 2:0 hesabı ilə üstələyib.

Mahir 70-ci dəqiqədə meydana buraxılıb.

Bu nəticədən sonra xalını 60-a çatdıran “Dinamo” vahid liderdir.//Fanat.Az

Paylaş
Xəbər lentİ