Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub

Oxunma sayı: 606
29-08-2019, 19:17

Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Arasdırma.infonun məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun sonuncu - beşinci turda yığmanın rəqibi Rumıniya kollektivi olub.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21)

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillədə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yerin sahibi 1/8 finala vəsiqə qazanır. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.Report.az

Paylaş
Xəbər lentİ