“Real”Osasunaya ,,Arsenal Çelsiyə qalib gəldi – VİDEO

Oxunma sayı: 165
21-04-2022, 09:17

“Real”Osasunaya ,,Arsenal Çelsiyə qalib gəldi – VİDEO
İspaniyada iki iddialı komandalar arasında gərgin oyun keçirilib.
Arasdırma.info xəbər verir ki, matç daha çox “Kral klubu”nun hücumçusu Kərim Benzemanın iki penaltidən yararlana bilməməsilə yadda qalıb.

İkinci hissədə Madrid klubu yeddi dəqiqə ərzində iki dəfə 11 metrlik zərbə vurmaq hüququ qazansa da, fransız hücumçu qol şansını əldən verib. 52 və 59-cu dəqiqələrdə Benzemanın zərbələrini qapıçı Serxio Herrera dəf etdi. Fransız hər iki halda topu özündən aşağı sol küncə yönəldib.

Buna baxmayaraq, çempionatın lideri turnir cədvəlində ilk onluğun sonlarında qərarlaşmış rəqibin öhdəsindən gəlib – 3:1.


Qeyd edək ki, bir müddət öncə başa çatan matçda “Real”ın ən yaxın izləyicisi “Atletiko” (Madrid) “Qranada” ilə qolsuz heç-heçə edib və liderdən bir qədər də uzaqlaşıb. Hazırda “Real” 78 xalla birinci, “Atletiko” isə 61 xalla ikinci pillədə yer alır.
İspaniya, 33 tur
"Atletiko" - "Qranada" 0:0

İngiltərə premyer liqasında isə Çelsi öz meydanında Arsenala 2-4 hesabı ilə məğlub olub.

İngiltərə, 30 tur
Everton 1 : 1 Leicester
İngiltərə, 25 tur Cədvəl
Chelsea 2 : 4 Arsena
Mançester Siti 3 : 0 Brighton

İtaliya, 19 tur
Udinese 0 : 1 Salernitana

Fransa, 33 tur
Monako 1:0 Nitsa
Anje 0:3 PSJ
Brest 2:1 Lyon

Yoldaşlıq oyunları
CFR Kluj 0:0 Dinamo Kiyev
Almaniya Kuboku, 1/2 final
RB Leipzig 2:1 Union Berlin
İtaliya Kuboku, 1/2 final
"Yuventus" 2:0 "Fiorentina"






Paylaş
Xəbər lentİ