Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb

Oxunma sayı: 166
24-04-2022, 19:24

Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakı keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

"Report"un məlumatına görə, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kollektiv 3 lent və 2 topla hərəkətlərdə isə hakimlərdən 24.750 xal alıb və 5-ci olub.

Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

12:39
Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.

"Report"un məlumatına görə, hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.

Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.

Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Paylaş
Xəbər lentİ