Çempionlar Liqasında mövsümün ilk finalçısı müəyyənləşib - VİDEO

Oxunma sayı: 156
4-05-2022, 08:19

Çempionlar Liqasında mövsümün ilk finalçısı müəyyənləşib - VİDEO
İngiltərənin "Liverpul" futbol klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Arasdırma.info Trend-ə istinadən bildirir ki, "mersisaydlılar" ikinci yarımfinal görüşündə İspaniyanın "Vilyarreal" klubunu üstələyiblər.

Doğça divarlar arasında 2:0 hesabı ilə qalib gəlmiş Yurgen Kloppun yetirmələri səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.

Hesabı 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. 41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqələrdə fərqləniblər.

"Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Manşester Siti" komandaları arasında keçiriləcək digər cavab yarımfinal görüşünün qalibi olacaq.

Paylaş
Xəbər lentİ