Liverpul İngiltərə kubokunun qalibi oldu.VİDEO

Oxunma sayı: 164
15-05-2022, 00:31

Liverpul İngiltərə kubokunun qalibi oldu.VİDEO
Bu gün Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib.

Arasdırma.info xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, Mersisayd təmsilçisi tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb. "Liverpul" bu kuboka sonuncu dəfə 2006-cı ildə sahib çıxmışdı.



Paylaş
Xəbər lentİ