Nyukasl Arsenala qalib gəldi.

Oxunma sayı: 182
17-05-2022, 09:03

Nyukasl Arsenala qalib gəldi.

İngiltərə Premyer Liqasında 37-ci tur çərçivəsində daha bir matç baş tutub.

“Nyukasl” “Sent Ceyms Park” arenasında “Arsenal”ı qəbul edib.


Çempionlar Liqasına çıxmaq uğrunda “Tottenhem”lə yarışan “topçular” 2:0 hesabıyla məğlub olaraq öz işlərini daha da çətinləşdiriblər.

Qeyd edək ki, hazırda “Tottenhem” 68 xalla 4-cü, “Arsenal” 66 xalla 5-ci, “Nyukasl” isə 46 xalla 12-ci yerdə qərarlaşıb.

Sonuncudan əvvəlki tura mayın 17-də keçiriləcək “Southempton” - “Liverpul” qarşılaşması ilə yekun vurulacaq. //Cahantv.az

Paylaş
Xəbər lentİ