Fransa Danimarkaya uduzub, Niderland Belçikanı darmadağın edib.VİDEO

Oxunma sayı: 151
4-06-2022, 08:55

Fransa Danimarkaya uduzub, Niderland Belçikanı darmadağın edib.VİDEO
UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçirilib.

"Report"un məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa evdə Danimarkaya məğlub olub - 1:2.

Qrupun digər matçında Avstriya Xorvatiyaya qalib gəlib - 3:0. 4-cü qrupda Niderland səfərdə Belçikanı darmadağın edib - 4:1.

Azərbaycan yığması C Liqasının 3-cü qrupunda səfərdə Qazaxıstana 0:2, Belarus isə evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub.

UEFA Millətlər Liqası

I tur

A Liqası

1-ci qrup

Fransa - Danimarka - 1:2

Qol: Kərim Benzema, 51 - Andreas Kornelius, 68. 89

Xorvatiya - Avstriya - 0:3

Qollar: Marko Arnautoviç, 41. Maykl Qreqoriç, 54. Marsel Sabitser, 57

4-cü qrup

Belçika - Niderland - 1:4

Qollar: Mişi Batşuayi, 90+3 - Stiven Berqveyn, 40. Memfis Depay, 51. 65. Denzel Dumfris, 61

C Liqası

3-cü qrup

Qazaxıstan - Azərbaycan - 2:0

Qollar: Abat Aymbetov, 50. 57

Belarus - Slovakiya - 0:1

Qol: Tomas Suslov, 61

D Liqası

1-ci qrup

Latviya - Andorra - 3:0

Qollar: Roberts Uldrikis, 9. 77, Janis İkaunieks, 85 (p)

Lixtenşteyn - Moldova - 0:2

Qol: İon Nikolaesku, 5. Vadim Bolohan, 90+1[right][/right]





Paylaş
Xəbər lentİ