UEFA Millətlər Liqası: İngiltərə Macarıstana məğlub oldu

Oxunma sayı: 154
4-06-2022, 23:41

UEFA Millətlər Liqası: İngiltərə Macarıstana məğlub oldu
UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Arasdırma.info xəbər verir ki, günün ilk matçında B liqasının 1-ci qrupu çərçivəsində Ermənistan İrlandiyanı qəbul edib. Qarşılaşma ev sahibinin 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Son Avropa çempionatının finalçısı İngiltərə Macarıstanın qonağı olub.

Budapeştdəki “Puşkaş” arenasındakı oyun başlamazdan əvvəl britaniyalı futbolçular “Black Lives Matter” hərəkatına dəstək üçün diz çöküblər. Yerli azarkeşlər buna fit səslərilə reaksiya veriblər.

Maraqlısı odur ki, onların böyük əksəriyyəti uşaqlar olub. Belə ki, Avro 2020-də irqçiliyə görə cəzalandırılan Macarıstan millisinın matçı tamaşaçısız keçirilməli idi. Lakin yerli futbol rəhbərliyi 14 yaşından kiçik uşaqların qarşılaşmanı izləməsinə izin verib. Müxtəlif hesablamalara görə, stadiona 20-35 min uşaq gəlib.

Oyunun yekununa gəlincə, meydan sahibləri 66-cı dəqiqədəki penalti hesabına ingilislərə qalib gəlməyi bacarıblar – 1:0.

UEFA Millətlər Liqası

I tur

A Liqası

3-cü qrup

Macarıstan – İngiltərə 1:0


B Liqası

1-ci qrup

Ermənistan – İrlandiya 1:0

3-cü qrup

Finlandiya – Bosniya və Herseqovina 1:1

C Liqası

1-ci qrup

Litva – Lüksemburq 0:2


//Cahantv.az

Paylaş
Xəbər lentİ