DÇ-2022: Avstraliya qitələrarası oyuna vəsiqə qazandı

Oxunma sayı: 153
8-06-2022, 08:54

DÇ-2022: Avstraliya qitələrarası oyuna vəsiqə qazandı
2022-ci il dünya çempionatının pley-off mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları arasında oyun keçirilib.

Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşma Avstraliyanın qalibiyyəti ilə yekunlaşıb - 2:1.

Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.

Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də rəqib Peru millisi olacaq. Bu cütün qalibi DÇ-2022-yə vəsiqə qazanacaq. Son vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya arasında olacaq.//Cahantv.az

Paylaş
Xəbər lentİ