Millətlər Liqası. Belçika 6 qol vurdu,Ukrayna yenə qalib gəldi

Oxunma sayı: 146
9-06-2022, 08:47

Millətlər Liqası. Belçika 6 qol vurdu,Ukrayna yenə qalib gəldi
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb.

Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib - 1:0.

UEFA Millətlər Liqası
A Liqası

4-cü qrup
Uels - Niderland - 1:2
Qollar: Riys Norrinqton-Deyvis, 90+2 - Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4


Belçika - Polşa - 6:1
Qollar: Aksel Vitsel, 42. Kevin De Bröyne, 59. Leandro Trossard, 73. 80. Leander Dendonker, 83. Lois Openda, 90+3 - Robert Levandovski, 28.


B Liqası

1-ci qrup
Şotlandiya - Ermənistan - 2:0
Qollar: Antoni Ralston, 28. Skott Makkenna, 40

İrlandiya - Ukrayna - 0:1
Qol: Viktor Tsuqankov, 47



Paylaş
Xəbər lentİ