Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Oxunma sayı: 148
15-06-2022, 22:19

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında daha 4 medal qazanıb.

Arasdırma.info xəbər verir ki, üçüncü yarış günündə Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, milli komanda qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.//publika

Paylaş
Xəbər lentİ