“Qəbələ”nin rəqibi “Qalatasaray”ı məğlub etdi

Oxunma sayı: 178
14-07-2022, 08:38

“Qəbələ”nin rəqibi “Qalatasaray”ı məğlub etdi
“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” yoxlama oyunu keçirib.

Arasdırma.info xəbər verir ki, Macarıstan təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Qalatasaray”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 32-ci dəqiqədə Kodro vurub.

Qeyd edək ki, “Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə “Fehervar”la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.//qol.az

Paylaş
Xəbər lentİ