3 güləşçimiz Avropa çempionu oldu

Oxunma sayı: 144
19-07-2022, 07:11

3 güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın 4 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatında qızıl medal qazanıb.
Arzsdırma.info xəbər verir ki, qitə birinciliyində qadın güləşçilərin ardınca sərbəst güləşçilər mübarizə aparıb.



Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.



Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.



Beləliklə, sərbəst güləş üzrə milli 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığma bütün komandalardan üstün olub.



Qeyd edək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.//report

Paylaş
Xəbər lentİ