Konfrans Liqası: "Neftçi" səfərdə Kipr klubuna uduzub

Oxunma sayı: 139
21-07-2022, 23:51

Konfrans Liqası: "Neftçi" səfərdə Kipr klubuna uduzub
"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris" (Limassol) klubunun qonağı olub.

Larnaka şəhərindəki "AEK Arena"da oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib - 0:2.

Limassol təmsilçisinin ilk qolunu 53-cü dəqiqədə Kaju, ikinci qolunu isə 66-cı dəqiqədə Artur Yannik Qomis vurub.

Cavab görüşü bir həftə sonra Bakıda "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, cütün qalibi növbəti raundda “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Vyanadakı ilk matç qolsuz bərabərliklə yekunlaşıb.

Paylaş
Xəbər lentİ