“Arsenal” “Sevilya”nı darmadağın etdi - VİDEO

Oxunma sayı: 145
30-07-2022, 20:31

“Arsenal” “Sevilya”nı darmadağın etdi - VİDEO
İngiltərə “Arsenal”ı Londonda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib.

Arasdırma.info xəbər verir ki, görüş “Emireyts kuboku” çərçivəsində baş tutub.

Paytaxt təmsilçiləri ispanları İngiltərəyə gəlməyə peşman ediblər. Belə ki, “topçular”a oyunun taleyini həll etmək üçün cəmi 20 dəqiqə lazım olub. Bukayo Saka və Qabriel Jesus qısa zaman çərçivəsində hərəyə iki dəfə fərqlənməyi bacarıblar.

İlk hissə bu hesabla bitib, 4:0.

Oyunun ikinci hissəsində ssenari dəyişməyib. Qabriel Jesus aktivinə daha bir top yazdırıb. Son qolu isə Edvard Nketia vurub. Yekun hesab 6:0.

Qeyd edək ki, “Emireyts kuboku” bütün oyunlarının “Emireyts” stadionunda keçirildiyi iki günlük klub turniridir. //Cahantv.az

Paylaş
Xəbər lentİ