Ronaldu ən çox təhqir edilən futbolçu oldu

Oxunma sayı: 146
3-08-2022, 08:54

Ronaldu ən çox təhqir edilən futbolçu oldu
Kriştianu Ronaldu ötən mövsüm “Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub.

Arasdırma.info xəbər verir ki, bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən “Ofcom” məlumat yayıb.
Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər.

Onlardan təxminən 60 mini təhqiredici olub.

Həmin tvitlərdən 12520-si Ronalduya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə 2557 tvitlələ üçüncü yeri tutub.

Ümumilikdə, ilk 10-luqda “Mançester Yunayted”in 8 futbolçusu var.//olke.az

Paylaş
Xəbər lentİ