"Ağır oyun oldu" - "Rapid"in baş məşqçisi

Oxunma sayı: 143
12-08-2022, 08:50

"Ağır oyun oldu" - "Rapid"in baş məşqçisi
Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Arasdırma.info xəbər verir ki, 43 yaşlı mütəxəssis qarşılaşmanın kifayət qədər çətin keçdiyini bildirib.

"Matç kifayət qədər ağır oldu. Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdik.

Növbəti raundda "Vaduts"la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq".
//Fanat.Az

Paylaş
Xəbər lentİ