Azərbaycan güləşçiləri İslamiadanı 23 medalla başa vurdu - Yenilənib

Oxunma sayı: 138
14-08-2022, 01:08

Azərbaycan güləşçiləri İslamiadanı 23 medalla başa vurdu - Yenilənib
Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.
Arasdırma.info"Report"a istinadla xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.


***15:43
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə - avqustun 13-də güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) və Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışıblar.
Arasdırma.info xəbər verir ki, idmançılarımızdan üçü həlledici qarşılaşmada güləşmək hüququ qazanıb.
Dünya və Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının medalçısı Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabı ilə qalib gələrək yarımfinala keçib.
Bu mərhələdə növbəti rəqibini məğlub edən güləşçimiz Murad Məmmədov finala yüksəlib.
Sonra dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov və Avropa mükafatçısı Həsrət Cəfərov da rəqiblərini üstələyərək finala adlayıblar.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.//report

Paylaş
Xəbər lentİ