PSJ-də şok olay: Messinin qovulması tələb olunur

Oxunma sayı: 150
19-08-2022, 21:57

PSJ-də şok olay: Messinin qovulması tələb olunur
PSJ-nin fransalı futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.

Arasdırma.info Offsideplus.az-a istinadla xəbər verir ki, 24 yaşlı hücumçu Lionel Messi, Mauro İkardi və Leandro Paradesin Paris təmsilçisində qalmasını istəmir.

Mbappe hesab edir ki, Cənubi Amerika təmsilçiləri komandada qruplaşma yaradıblar və ümumi ab-havanı pozurlar. Braziliyalı Neymar, kosta-rikalı Keylor Navas və ispaniyalı Ander Erreranın da argentinalı oyunçulara qoşulması Mbappeni narahat edir.

Paylaş
Xəbər lentİ