Azərbaycan güləşçisi dünya çempionu oldu

Oxunma sayı: 134
20-08-2022, 20:11

Azərbaycan güləşçisi dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

Arasdırma.info xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rumıniyalı Denis Mihay ilə üz-üzə gəlib. Rəqibinə 6:1 hesabıyla qalib gələn Quluzadə dünya çempionu olub.


Bu, yunan-Roma güləşçilərimizin mundialda ilk medalı olub.

Qeyd edək ki, bu gün yığma üzvlərindən Xasay Həsənli (77 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal görüşünə çıxacaqlar.//fanat.az

Paylaş
Xəbər lentİ