"Neftçi" "Roma" və "Napoli" ilə eyni turnirdə çıxış edəcək

Oxunma sayı: 151
23-08-2022, 02:26

"Neftçi" "Roma" və "Napoli" ilə eyni turnirdə çıxış edəcək
"Neftçi"nin U-17 komandası İtaliyada beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

Arasdırma.info xəbər verir ki, ənənəvi yarışa "ağ-qaralar"la yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.


Turnirin dəqiq vaxtı avqustun 23-də açıqlanacaq.

"Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya yola düşəcək.//fanat.az

Paylaş
Xəbər lentİ