Zabit Səmədov idmançı karyerasını nokautla başa vurdu.VİDEO

Oxunma sayı: 139
11-09-2022, 03:10

Zabit Səmədov idmançı karyerasını nokautla başa vurdu.VİDEO
Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.



Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda 56 saniyədə nokauta salmaqla kəmərə sahib olub.



Bununla da Zabit Səmədov karyerasını bitirib


O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".



Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

Paylaş
Xəbər lentİ