Arsenal və Çelsi qalib gəldi.

Oxunma sayı: 134
1-10-2022, 23:28

Arsenal və Çelsi qalib gəldi.
İngiltərə Premyer Liqasında IX tur davam edir.

Cahantv.az xəbər verir ki, “Çelsi” səfərdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.

“Liverpul” isə olduqca gərgin və dramatic keçən oyunda evdə “Brayton”la heç-heçə edib - 3:3

Meydan sahibləri erkən buraxdıqları iki qolla hesabda geri düşsələr də, sonradan toparlanıb üç qol vuraraq oyunda dönüş yaradıblar. Amma “Brayton”un hücumçusu Trossard 83-cü dəqiqədə het-trikini rəsmiləşdirərək komandasının səfərdən bir xalla qayıtmasını təmin edib.

İngiltərə Premyer Liqası
IX tur
1 oktyabr

“Bornmut” – “Brentford” - 0:0

“Kristal Pelas” – “Çelsi” - 1:2
Qollar: Eduard, 7 - Obameyanq, 38, Qallaher, 90

“Liverpul” – “Brayton” - 3:3
Qollar: Firmino, 33, 54, Uebster, 63-avtoqol - Trossard, 4, 17, 83


“Fulhem” – “Nyukasl” - 1:4
Qollar: Dekordova-Rid, 88 - Uilson, 11, Almiron, 33, Lonqstaff, 43, Almiron, 57

“Sauthempton” – “Everton” - 1:2
Qollar: Aribo, 49, Maknil, 54 - Koudi, 52

17:25

İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində baş tutan “Arsenal” - “Tottenhem” matçında ev sahibləri böyük hesablı qələbə qazanıblar.

Cahantv.az xəbər verir ki, “Emireyts Stedium”da baş tutan qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb.

Belə ki, “topçular”ın heyətində Tomas Parti fərqlənib, 1-0.

Harri Keynin qolu isə özünü çox gözlətməyib. 31-ci dəqiqədə ingilis forvard penalti zərbəsindən hesabı bərabərləşdirib.

İkinci hissə başlar-başlamaz ev sahibi yenidən hesabda önə keçib. Qabriel Jesus adını taploya yazdırıb, 2-1.

62-ci dəqiqədə “Tottenhem”in sağ cinah yarımmüdafiəçisi Emerson kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qarşılaşmanın 67-ci dəqiqəsində Qranit Jaka Martinellinin ötürməsini qola çevirərək ev sahiblərinin üstünlüyünü daha da artırıb, 3-1. Bu, oyunda vurulan son qol olub.

Bu qələbədən sonra “Arsenal” liderliyini möhkəmləndirib.

//Cahantv.az

Paylaş
Xəbər lentİ