“Qarabağ” "Olimpiakos"la heç-heçə oynadı

Oxunma sayı: 130
14-10-2022, 02:46

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynadı
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Arasdırma.info xəbər verir ki,Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsində II dövrəyə start verib.

Ağdam klubu IV turda “Olimpiakos”u qəbul edib. Qarşılaşma “Qarabağ”ın üstünlüyü ilə keçib.

Ardıcıl hücumlar təşkil edən ağdamlılar Ellada təmsilçisinin müqavimətini qırmaqda çətinlik çəkib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

“Qarabağ” bununla da ardıcıl 3-cü quru oyununu keçirib. Təmsilçimiz bunadək evdə “Nant”, səfərdə “Olimpiakos”u eyni – 3:0 hesabı ilə üstələyib.

Turun digər görüşü Fransada keçirilib. Qrupun lideri “Frayburq” səfərdə “Nant”la qarşılaşıb. Almaniya klubu qrupda ardıcıl 4-cü qələbəsini qazanıb – 4:0.

Qeyd edək ki, növbəti turun matçları oktyabrın 27-də keçiriləcək. “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq, “Frayburq” Almaniyada “Olimpiakos”u sınağa çəkəcək.

Paylaş
Xəbər lentİ