“Real Madrid” “El Klasiko”da “Barselona”ya belə qalib gəldi - VİDEO

Oxunma sayı: 140
17-10-2022, 01:21

“Real Madrid” “El Klasiko”da “Barselona”ya belə qalib gəldi - VİDEO
Arasdırma.info xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər.

Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.//metbuat.az


Paylaş
Xəbər lentİ