Neymarın məhkəməsi başladı

Oxunma sayı: 136
17-10-2022, 20:40

Neymarın məhkəməsi başladı
Bu gün Barselona məhkəməsində ulduz futbolçu Neymarın 2013-cü ildə Braziliyanın "Santos" klubundan İspaniyanın "Barselona"sına transferi ilə bağlı dinləmələr başlayıb.

Arasdırma.info xəbər verir ki, Kataloniya Ali Məhkəməsi TASS-ın bu barədə sorğusunu təsdiqləyib.

Futbolçunun özündən başqa, “Barselona”nın eks-prezidentləri Sandro Rosel və Xosep Bartomeu, həmçinin Neymarın valideynləri də məhkəmə qarşısına çıxarılıb. Prokurorlar Neymara 2 il həbs cəzası istəyib. O, "Barselona"ya transferi zamanı aldığı ödənişlərin bir hissəsini gizlətdiyinə görə dələduzluq və korrupsiyada şübhəli bilinir.

30 yaşlı Neymar 2017-ci ildə "Barselona"dan ayrılaraq PSJ-yə keçib. O, 2013-2017-ci illərdə İspaniya klubunda çıxış edib. Braziliyalı İspaniya klubunun heyətində 186 oyun keçirib, 105 qol vurub və 76 məhsuldar ötürmə verib. O, "Barselona" ilə birlikdə 2 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun qalibi olub və həmçinin, ölkə Superkubokunun, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatı qazanıb.//fanat.az

Paylaş
Xəbər lentİ