Ronaldu bu komandayla məşqlərə başladı - SON DURUM

Oxunma sayı: 136
21-10-2022, 18:29

Ronaldu bu komandayla məşqlərə başladı - SON DURUM
"Mançester Yunayted"in əsas komandasından qeyri-müəyyən müddətə uzaqlaşdırılan Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın U-21-i ilə məşq edib.

Arasdırma.info xəbər verir ki, informasiyanı jurnalist Samuel Lakhörst şəxsi "Twitter" hesabı üzərindən yayıb:

"Ronaldu bu gün saat 08:30-da U-21-in məşq bazasına gəlib və çalışmalara başlayıb. Rəhbərliyin qərarına əsasən, portuqaliyalı bu kollektivlə məşq etməlidir".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan "Mançester Yunayted" - "Tottenhem" (2:0) qarşılaşmasının final fiti səsləndirilmədən ehtiyat oyunçular skamyasını tərk edən Ronaldu klub tərəfindən cəzalandırılıb.//fanat.az

Paylaş
Xəbər lentİ