Argentina millisi ilk oyunda məğlub oldu.VİDEO

Oxunma sayı: 111
22-11-2022, 17:00

Argentina millisi ilk oyunda məğlub oldu.VİDEO
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçında çıxıb.



Arasdırma.info xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turunda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.



Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.



Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib.



Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. //sfera

Paylaş
Xəbər lentİ