Ərəblərdən Ronalduya fantastik təklif

Oxunma sayı: 123
23-11-2022, 17:41

Ərəblərdən Ronalduya fantastik təklif
"Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Kriştianu Ronaldunun fantastik təklif aldığı açıqlanıb.

Arasdırma.info xəbər verir ki, informasiyanı "Marca" nəşri yayıb.

Mənbə Səudiyyə Ərəbistanı təmsilçilərindən olan "Əl-Nəsr"in ötən yay portuqaliyalı ulduza mövsümlük 121 milyon avro əməkhaqqı ilə, 2 illik anlaşma təklif etdiyini vurğulayıb. Xəbərə görə, Ronaldu bu çağırışı geri çevirərək Avropada oynamağı üstün sayıb. "Əl-Nəsr" rəhbərliyinin 37 yaşlı forvardı yenə diqqət mərkəzində saxladığı və ona yeni təklif göndə biləcəyi qabardılıb.//fanat.az

Paylaş
Xəbər lentİ