Fransa Tunisə,Danimarka Avstraliyaya məğlub oldu.

Oxunma sayı: 120
1-12-2022, 00:39

Fransa Tunisə,Danimarka Avstraliyaya məğlub oldu.
Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Arasdırma.info xəbər verir ki, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" rəqibinə uduzub - 0:1.

Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.

D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Polşa 0 : 1 Argentinaya məğlub olub.Səudiyyə Ərəbistanı isə 0:2 Meksikaya...

Paylaş
Xəbər lentİ