DÇ.Portuqaliya məğlub oldu.

Oxunma sayı: 127
2-12-2022, 21:58

DÇ.Portuqaliya məğlub oldu.
Cənubi Koreya yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
H qrupunun sonuncu - III turunda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edən Asiya təmsilçisi digər matçda Uruqvayın Qanaya 2 cavabsız qolla qalib gəlməsinə baxmayaraq mərhələ adlayıb.
Son turun oyunlarında sonra Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 vəsiqə əldə ediblər.

Paylaş
Xəbər lentİ