Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Oxunma sayı: 131
4-12-2022, 20:06

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib
Britaniyalı Tayson Fyuri Dünya Boks Şurasının (WBC) ağır çəki dərəcəsində titulunu qoruyub.

Arasdırma.info xəbər verir ki, Londonda “Tottenhem Hotspur” stadionunda keçirilən 12 raundluq döyüşdə Fyuri həmyerlisi Derek Çisoranı 10-cu raundda texniki nokautla məğlub edib.

Rəqiblər üçüncü dəfə üz-üzə gəlib. 2011-ci ildə Fyuri hakimlərin qərarı ilə, 2014-cü ildə 10-cu raundda texniki nokautla qalib gəlib.

Fyuri 2020-ci ilin fevralında amerikalı Deontey Uaylder üzərində 7-ci raundda texniki nokautla qalib gəldiyi WBC dünya titulunu üçüncü dəfə qoruuyub.//report

Paylaş
Xəbər lentİ