"Qarabağ" Polşa klubuna 4 qolla uduzdu

Oxunma sayı: 127
18-01-2023, 22:12

"Qarabağ" Polşa klubuna 4 qolla uduzdu
Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son 2 yoxlama oyununu keçirib.



Arasdırma.info xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.



"Qarabağ" bu gün digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 49-cu dəqiqədə Marko Veşoviç və 90+4-cü dəqiqəd Abdullah Zubir vurub.



"Qarabağ"dan 70-ci dəqiqədə Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu cəza rəqib futbolçu təhqirə görə,Şeydayevə isə onu vurduğuna görə cəzalandırılıb.

Paylaş
Xəbər lentİ