Ronaldu - Messi duelində 9 qol vuruldu, PSJ qələbə qazandı.VİDEO

Oxunma sayı: 96
20-01-2023, 00:31

Ronaldu - Messi duelində 9 qol vuruldu, PSJ qələbə qazandı.VİDEO
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib.

"Kral Fəhd" stadionunda oynanılan qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:4.


Hesabı 3-cü dəqiqədə qonaqlardan Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kriştianu Ronaldu tarazlığş bərpa edib. 43-cü dəqiqədə PSJ yenidən önə keçib. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldu özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 61-ci dəqiqədə Ronaldu, 3 dəqiqə sonra isə Messi əvəzləniblər. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Anderson Taliska qoyub.

Qeyd edək ki, PSJ 39-cu dəqiqədən etibarən azlıqda oynayıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Paylaş
Xəbər lentİ