Mançester heç-heçə oynadı,İnter qalib gəldi

Oxunma sayı: 116
23-02-2023, 09:23

Mançester heç-heçə oynadı,İnter qalib gəldi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.

Arasdırma.info xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransada PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı Belçikada "Brügge"yə, İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"a 2:0, İspaniya "Real Madrid"i isə İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib.//redaktor

Paylaş
Xəbər lentİ