“Barselona” çətin qələbə qazandı.

Oxunma sayı: 114
13-03-2023, 07:45

“Barselona” çətin qələbə qazandı.
İspaniya La Liqasında XXV turun oyunları keçirilir.

Arasdırma.info xəbər verir ki, lider “Barselona” Bilbaoya yollanıb. Kataloniyalılar çətin “Atletik” sınağından uğurla qayıtmağı bacarıblar. 45+1-ci dəqiqədə Rafinyanın qolu matçda yeganə olub.

Qələbə sayəsində xalını 65-ə yüksəldən “Barsa” ən yaxın izləyicisi Madrid “Real”ı ilə fərqi yenidən 9-a yüksəldib. “Atletik” isə 33 xalla 9-cudur.//publika

Paylaş
Xəbər lentİ