Çempionlar Liqasında 7:0 hesablı qələbə - Holanddan qol şousu

Oxunma sayı: 117
15-03-2023, 09:37

Çempionlar Liqasında 7:0 hesablı qələbə - Holanddan qol şousu

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib.

Arasdırma.info xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan "şəhərlilər" evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.

Digər matçda isə İtaliya "İnter"i Portuqaliyada "Portu" ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanmışdı.

Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab oyunları

14 mart
"Portu” (Portuqaliya) - "İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Qırmızı vərəqə: Pepe, 90+7 ("Portu").
İlk oyun - 0:1.

"Mançester Siti” (İngiltərə) - "Leyptsiq” (Almaniya) 7:0
Qollar: Erlinq Holand, 22 (penalti); 24; 45+2; 54; 57. İlkay Gündoğan, 49. Kevin de Brüyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
İlk oyun - 1:1.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala adlayıblar.

Paylaş
Xəbər lentİ