Konfrans Liqası: 1/8 final mərhələsinə yekun vurulub

Oxunma sayı: 97
17-03-2023, 02:08

Konfrans Liqası: 1/8 final mərhələsinə yekun vurulub
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq, İngiltərənin “Vest Hem”, Fransanın “Nitsa”, Niderlandın “AZ Alkmaar” və Belçikanın “Anderlext” komandaları növbəti raunda vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart

00:00. “Nitsa” (Fransa) - “Şerif” (Moldova) - 3:1

Qollar: Qaetan Labord, 30. Terem Moffi, 53. Bilal Brahimi, 79 - Abdul Tapsoba, 54

İlk oyun - 1:0

00:00. “Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr) - 4:0

Qollar: Canluka Skamakka, 21. Carrod Bouen, 47; 49. Divin Mubama, 65

Qırmızı: Qustavo, 44 (AEK)

İlk oyun - 2:0

00:00. “Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika) - 0:1

Qol: İslam Slimani, 73

İlk oyun - 1:1

00:00. “AZ Alkmaar” (Niderland) – “Latsio” (İtaliya) - 2:1

Qollar: Yesper Karlsson, 28. Vangelis Pavlidis, 62 - Felipe Anderson, 21

İlk oyun - 2:1

01:13

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn növbəti komanda bəlli olub.

1/8 finalın cavab oyununda Slovakiyada “Slovan”a qalib gələn İsveçrə “Bazel”i adını növbəti raunda yazdırıb.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığından penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən qonaqlar mərhələ adlayıblar.

23:53

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.

“Report”un məlumatına görə, Türkiyə təmsilçisi “Sivasspor” evdə İtaliyanın “Fiorentina” klubuna 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Qonaqlar isə adını növbəti mərhələyə yazdırıb.

“Fiorentina”dan başqa, Polşanın “Lex” komandası da 1/4 finala yüksəlib.

Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart

21:45. “Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) - 1:4

Qollar: Erdoğan Yeşilyurt, 35 - Artur Kabral, 44. Nikola Milenkoviç, 62. Dimitrios Qutas, 78 (avtoqol). Qaetano Castrovilli, 89

Qırmızı vərəqə: Hakan Arslan, 81 (“Sivasspor”)

İlk oyun - 0:1



21:45. “Yurqorden” (İsveç) – “Lex” (Polşa) - 0:3

Qollar: Filip Marxvinski, 77. Nika Kvekveskiri, 90+1. Mixal Skuras,90+2

Qırmızı vərəqə: Markus Danielsson, 44 (“Yurqorden”)

İlk oyun - 0:2

21:45. “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) - 2:2 (ƏLAVƏ VAXT)

İlk oyun - 2:2

Qeyd edək ki, daha əvvəl Belçika “Gent”i adını 1/4 finala yazdırıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ